Baş nazirin köməkçilərinin sayı azaldıldı

Baş nazir Artur Rasizadənin köməkçilərinin sayı 2 dəfə azaldılıb.

Milletcilik.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının strukturunun ştat cədvəli”ndə dəyişiklik edilməsi barədə 24 noyabr 2017-ci il tarixli qərarında əksini tapıb.

Baş nazirin köməkçilərinin sayı 7 nəfərdən 3 nəfərə endirilib.

Baş nazirin birinci müavininin köməkçilərinin sayı isə artırılaraq 2 nəfərə çatdırılıb. İndiyə qədər baş nazirin birinci müavininin 1 köməkçisi olub.