Bakıda satıcını bıçaqla hədələyərək köşkdən pul aparan şəxs saxlanılıb

Bakıda köşkdən 1200 manat oğurlanıb.

Millətçilik.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Belə ki, Binəqədi rayon Polis idarəsinin 5-ci polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu il avqustun 15-də M.K.Atatürk prospektindəki köşklərdən birindəki satıcını bıçaqla hədələyib oradan 1200 manat və tütün məmulatı aparmaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Zaur Əkbərov saxlanılıb.