Bakıda Qoşulmama Hərəkatının nazirlər toplantısı keçiriləcək

2018-ci il 3-6 apreldə Qoşulmama Hərəkatının orta müddətli nazirlər toplantısı Bakıda keçiriləcək.

Milletcilik.az-in məlumatına görə, bunu Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev 2017-ci il xarici siyasətin yekunlarına dair keçirilən mətbuat konfransında deyib.

H.Hacıyev bildirib ki, 2019-cu ildə təşkilatın növbəti sammiti də Azərbaycanda keçiriləcək.

Qeyd edək ki, Azərbaycan 2019-2022-ci illərdə Qoşulmama Hərəkatına sədrlik edəcək.