Bakıda marketdən oğurluq edən şəxsi döyən satıcının cinayət işi məhkəməyə göndərilib

Bakıda marketdən oğurluq edən şəxsi döyən satıcı Tahir Rəşidovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Millətçilik.az-ın xəbərinə görə, cinayət işinin ibtidai istintaqı yekunlaşdırılaraq Xətai Rayon Məhkəməsinə göndərilib.

Məhkəmənin hazırlıq iclası noyabrın 1-nə təyin edilib.

Cinayət işi hakim Habil Məmmədovun icraatına verilib.

Qeyd edək ki, rəsmi məlumata əsasən, sentyabr ayında Xətai rayonu General Şıxlinski küçəsi 2 saylı ünvanda yeləşən marketdən 20 manat dəyərində yağ oğurlayan Timurbulatov Dmitri Vladimiroviç həmin mağazanın işçiləri tərəfindən saxlanılıb.