Bakıda məcburi eniş edən Boeing-777 artıq uçuşa hazırdır

Ötən gün Bakıda məcburi eniş edən “British Airways” aviaşirəktinə məxsus “Boeing-777” təyyarəsi uçuşa hazırdır. Bu barədə Milletcilik.az-a Heydər Əliyev Beynəlxalq Hava Limanından bildiriblər.

Aeroportdan onu da əlavə ediblər ki, bununla belə, aviaşirkət uçuş haqqında hələ qərar qəbul etməyib:

“Sərnişinlər əvvəlki kimi Heydər Əliyev Beynəlxalq Hava Limanının tranzit zonasında gözləyirlər. Onlar lazımi qida və içkilərlə təmin ediliblər. Uçmaq barədə qərar qəbul edilməməsinin səbəbi odur ki, ekipaj üzvlərinin iş saatı bitib və onlar istirahət etməlidirlər. Biz ekipaj üzvlərini oteldə yerləşdirə bilərik, lakin yerləşmək və yaxud yenidən uçmaq barədə qərarı aviaşirkət verməlidir”.

Ötən gün Bakıda Mumbay-London reysini yerinə yetirən “British Airways” aviaşirkətinə məxsus Boeing-777 təyyarəsi məcburi eniş edib. Eniş kabinənin tüstülənməsi səbəbindən edilib.

Boeing-777 təyyarəsinin göyərtəsində 135 sərnişin və 17 ekipaj üzvü olub.