Bakıda küləyin uçurduğu dayanacaqla bağlı tədbir görülüb + FOTOLAR

Səhər saatlarında güclü küləyin təsirindən H.Cavid prospektinin Ə.Haqverdiyev küçəsi ilə kəsişməsində avtobus dayanacaq pavilyonu uçub.

Millətçilik.az-ın məlumatına görə, pavilyonun yararsız hala düşməsinə baxmayaraq xoşbəxtlikdən insanların xəsarət alma halı qeydə alınmayıb.

Əraziyə göndərilən texniki personalın gördüyü tədbirlər nəticəsində dayanacaq məntəqəsinin ərazisi təmizlənib, pavilyondakı avtobus informasiya və BakıKart ödəmə terminalları götürülüb.