Bakıda evdən 40 min manatlıq qızıl oğurlanıb

Bakıda mənzildən 40 min manatlıq qızıl oğurlanıb.

Milletcilik.az-ın məlumatına görə, hadisə paytaxtın Xətai rayonunda baş verib.

Rayon sakini Fərhad Məmmədov polisə müraciət edərək yaşadığı evdən 40 min manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığını bildirib.

Daxil olan məlumat əsasında araşdırmalara başlanılıb.