Bakıda evdən 4 500 manatlıq oğurluq edildi

Bakıda evdə oğurluq hadisəsi baş verib.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, oğurluq etdiyi üçün tutulan S.Həsənovun ətrafında Xətai Rayon Polis İdarəsi 36-cı Polis Bölməsi əməkdaşlarının apardıqları əməliyyat tədbirləri ilə onun rayon ərazisindəki evlərin birindən 600 manat pul və 3 900 manat dəyərində qızıl-zinət əşyaları oğurlaması da müəyyən edilib.

Şövkət Hüseyinova