Bakıda “Diplomatik xidmət orqanlarının 100 illiyi” münasibətilə konfrans keçirilir – FOTO

ADA Universitetində Azərbaycanın “Diplomatik xidmət orqanlarının 100 illiyi” münasibətilə konfrans keçirilir.

Millətçilik.az-ın məlumatına görə, tədbirdə Xarici İşlər naziri Elmar Məmmədyarov, dövlət rəsmiləri, Azərbaycanın xarici ölkələrdəki səfirləri, Bakıda çalışan xarici diplomatlar iştirak edirlər.

Qeyd edək ki, Azərbaycanın diplomatik xidmət orqanları 1919-cu ildə yaradılıb. Prezident İlham Əliyevin 24 avqust 2007-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikası diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günü təsis edilib. Hər il 9 iyul Azərbaycan diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı kimi qeyd edilir.