Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

Bakıda çoxmərtəbəli yaşayış binasında baş verən yanğın söndürülüb.

Millətçilik.az-ın xəbərinə görə, Yasamal rayonunda onaltımərtəbəli yaşayış binasında şaxta boyunca elektrik naqilləri 30 p.m yanıb. Yanğın zamanı 17 bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyyə olunub.

Mənzillər və elektrik sayğacları yanğından mühafizə olunub.

Hadisə zamanı xəsarət alan olmayıb.