Bakıda Azərbaycan və Avropa İttifaqı arasında yeni saziş üzrə danışıqların növbəti mərhələsi keçirilir

Bu gün Bakıda Azərbaycan və Avropa İttifaqı(Aİ) arasında yeni saziş üzrə danışıqların növbəti mərhələsi keçirilir.

Millətçilik.az xəbər verir ki, iclasın əsas mövzusu ticarət məsələləridir.

Bakıdakı danışıqlarda Aİ-nin nümayəndə heyətinə Avropa Ticarət Komissiyasının nümayəndəsiPetros Sremelis rəhbərlik edir.

Daha əvvəl Aİ-nin Azərbaycandakı nümayəndə heyətinin rəhbəri, səfirKestutis Yankauskas “Report”a açıqlamasında görüşün bağlı qapılar arxasında keçiriləcəyini bildirmişdi. Görüşdə həmçinin siyasi məsələlər də müzakirə ediləcək.