Bakıda ağır qəza, gəncin ayağı sındı

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Millətçilik.az-ın məlumatına görə, hadisə Nərimanov rayonunda qeydə alınıb.

Hadisə zamanı 1995-ci il təvəllüdlü Hüseynov Cavid Əmralı oğlu bədən xəsarətləri alib.

Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ baldır sümüklərinin açıq qəlpəli sınıqları diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.