Bakı-Sumqayıt-Bakı marşrutunda hərəkət bərpa olundu

Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova Millətçilik.az-a verdiyi məlumata görə,Bakı-Sumqayıt-Bakı marşrutunda hərəkət bərpa olundu

Xəbər verdiyimiz kimi, Mingəçevirdə əsas düyün
yarımstansiyasında baş vermiş açılma səbəbindən, bölgələrdən
Bakı sərnişin stansiyasına gələn sərnişin qatarlarının hərəkətində
gecikmələr qeydə alınmasına baxmayaraq, Bakı-Astara-Horadiz
sərnişin qatarı artıq Bakı-sərnişin stansiyasına çatıb. Eyni
zamanda Bakı-Rostov qatarı vaxtında yola salınıb, eləcə də
Bakı-Moskva qatarı artıq Bakıya çatıb.
Bakı-Sumqayıt-Bakı marşrutunda işləyən elektrik
qatarlarının hərəkəti də bərpa olunub. Yaranmış sərnişin
sıxlığını aradan qaldırmaq üçün gün ərzində iki dəfə bu
istiqamətdə ikiqruplu qatar xəttə buraxılacaq.