Bakı-Sumqayıt-Bakı elektrik qatarlarına əlavə heyət qoşulub

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova-nın Millətcilik.az-a verdiyi məlumata görə bu gündən,Bakı-Sumqayıt-Bakı elektrik qatarlarına əlavə heyət qoşulb

Bakı-Sumqayıt avtomobil yolunda təmir işləri ilə əlaqədar yollardauzun tıxac yarandığından,  Bakı-Sumqayıt-Bakı istiqamətindəhərəkət edən elektrik qatarlarının xidmətindən istifadə edən sərnişinlərin sayı artıb.

Sərnişin sıxlığının tənzimlənməsi məqsədilə, Bakı-Sumqayıt avtomobil yolunda təmir işləri başa çatana kimi, bu gündən (28 iyundan) etibarən Bakıdan 18.30-da, Sumqayıtdan saat 08.00-da yola düşən Bakı-Sumqayıt-Bakı elektrik qatarlarına əlavə heyət qoşularaq, birləşdirilmiş halda ikiqruplu qatar kimi hərəkət edir.

Qənimət Məmmədov