Bakı polisi vətəndaşlara qayğı göstərir – VİDEO

Bakı polisi xüsusi karantin rejimi tədbirlərində vətəndaşlara hərtərəfli qayğı göstərir.

Millətçilik.az xəbər verir ki, Pirallahı rayonunda polis vətəndaşların məişət məsələləri ilə bağlı daxil olan müraciətlərinə həssas yanaşır.

Belə ki, vətəndaşların evdən bayıra çıxması ilə bağlı zərurət yarandıqda polis əməkdaşları onlara yardım göstərirlər.