Bağdadın “yaşıl zona”sına yenidən raket hücumu olub

İraqın paytaxtı Bağdad şəhərinin “yaşıl zona”sına iki raket hücumu olub.

“Report” xəbər verir ki, bu barədə İraq hərbi qüvvələrinin məlumatında bildirilib.

İraq parlamentinin, hökumətin, eləcə də ABŞ və Böyük Britaniya səfirliklərinin yerləşdiyi “Yaşıl zona” adlanan ərazi Bağdadın mərkəzindədir. Həmin ərazi ABŞ və İraq ordusu tərəfindən güclü mühafizə olunur.

Qeyd edilib ki, ərazidə həyəcan siqnalları işə düşüb.

İraq ordusu hadisə nəticəsində ölən və yaralananın olmadığını qeyd edib.