AZƏRTAC-ın bir sıra əməkdaşlarına xidməti pasport veriləcək

“Xidməti pasport almaq hüququ olan vəzifəli şəxslərin siyahısı”nda dəyişiklik edilib.

Millətçilik.az-ın məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı fərman imzalayıb.

Fərmana əsasən, Azərbaycan Respublikası Prezidentinin yaratdığı publik hüquqi şəxslərin idarəetmə orqanlarının rəhbərləri (üzvləri), Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) baş redaktorları, redaksiya müdirləri, baş müxbirləri, böyük fotomüxbirləri, xarici ölkələrdə çalışan müxbirləri də xidməti pasportla təmin ediləcək.

Şövkət Hüseyinova