Azərbaycanlı rejissorun filmi Türkiyədə “Qızıl çinar” mükafatına layiq görülüb

Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının nəzdində fəaliyyət göstərən “Gənc sinemaçılar klubu”nun üzvü, rejissor Ərturan Nəcəfi Gölün “Səs” filmi Türkiyədə keçirilən 6-cı Kayseri Beynəlxalq film festivalında “Qızıl çinar” – ən yaxşı qısametrajlı film mükafatına layiq görülüb.

Kinostudiyadan AZƏRTAC-a bildirilib ki, filmin rejissor və ssenaristi Ərturan Nəcəfi Göl, operatoru Mehdi Meyməndi, prodüseri Fariz Əhmədovdur.