Azərbaycanla Serbiya arasında əməkdaşlıq məsələləri müzakirə olunub

Serbiya xarici işlər naziri Nikola Selakoviç Azərbaycanın bu ölkədəki müvəqqəti işlər vəkili Elnur Quliyevi qəbul edib.

Millətçilik.az xəbər verir ki, bu barədə Serbiya XİN-nin tvitter səhifəsində məlumat verilib.

Bildirilib ki, görüş zamanı ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunub: “Serbiya-Azərbaycan strateji tərəfdaşlığı xüsusilə suverenlik və ərazi bütövlüyü prinsiplərinə hörmət çərçivəsində qarşılıqlı anlaşma şəraitində mühüm əhəmiyyət daşıyır”.