Azərbaycanla Cənubi Koreya arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub

Seul şəhərində keçirilən “Seul Müdafiə Dialoqu – 2019” beynəlxalq müdafiə və təhlükəsizlik konfransında iştirak edən Azərbaycan Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev Koreya Respublikasının Milli Müdafiə nazirinin Müdafiə Siyasəti üzrə müavini Çunq Sukvan ilə görüşüb.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən “Report”a verilən məlumata görə, tərəflər iki ölkə arasında mövcud hərbi əməkdaşlığın cari vəziyyətini və inkişaf perspektivlərini müzakirə edərək hərbi təhsil sahəsində əldə olunan nailiyyətləri yüksək qiymətləndiriblər.

Görüşdə Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsinin hazırkı vəziyyəti, Cənubi Qafqaz və Koreya yarımadasında mövcud hərbi-siyasi durum barədə ətraflı fikir mübadiləsi aparılıb.