Azərbaycanın kəndlərində ünvan reyestri yaradılacaq

Əmək Məsələləri Dövlət Komitəsi (ƏMDK) Azərbaycanın kəndlərində ünvan reyestri yaratmağı planlaşdırır.

Millətçilik.az xəbər verir ki, bu barədə qurumun aparat rəhbəri Azər Bəşirovbildirib.

Sözügedən məsələnin komitə üçün prioritet olduğunu deyən A.Bəşirov ünvan reyestr xidmətinin yaradılması nəticəsində yerli icra hakimiyyəti orqanları ilə birlikdə 8 minə yaxın küçə və prospektə yeni adlar verildiyini qeyd edib.

“Bu işə başlayanda ölkədə bir çox küçə və prospektin adı yox idi. Azərbaycanda yeni salınan yaşayış massivlərində küçə və prospektlərə adların verilməsində iştirak etmişik. Bundan başqa, bir sıra küçələrin adları Azərbaycan mentalitetinə uyğun deyildi, yerli icra hakimiyyəti orqanları ilə birlikdə onların adlarını dəyişdirmişik. Yeni ünvan reyestr informasiya sisteminin yaradılması fövqəlada hallar və yaxud təcili yadım zamanı hadisə yerinə vaxtında çatmağa imkan verəcək”, – o qeyd edib.