Azərbaycanda pul bazası 9 milyard manatı ötüb

Azərbaycanda pul bazası yanvarın 1-nə 9 milyard 545,7 milyon manat təşkil edib.

AZƏRTAC Mərkəzi Banka istinadla xəbər verir ki, bu rəqəm ötən ayın 1-i ilə müqayisədə 560,5 milyon manat çoxdur. İlin əvvəlinə nisbətən pul bazası 1002,5 milyon manat artıb.