Azərbaycanda beynəlxalq və daxili yükdaşıma əməliyyatları fasiləsiz aparılır

Azərbaycanda beynəlxalq və daxili yükdaşıma əməliyyatları fasiləsiz aparılır. “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən neft və neft məhsulları, qida məhsulları, tikinti materialları və digər yüklərin müntəzəm daşınması təmin edilir.

Bütün bunlar bir çox insanın, xüsusilə də dəmiryolçularımızın gərgin əməyi sayəsində mümkün olur. Onlar öz vəzifə borcunu yerinə yetirmək üçün işə çıxırlar, evlərini üzrlü səbəbdən tərk edirlər.

Əziz izləyicilər, sizdən xahiş edirik, xüsusi karantin rejiminə riayət edin, bu məsələni çox ciddi qəbul edin. Üzrlü səbəb olmadan evdən çıxmayın. Əhalimizin sağlamlığı hər birimizin əlindədir.

Biz sizin üçün işə gəlmişik. Siz isə özünüz üçün evdə qalın!