Azərbaycanda ən yaşlı seçicinin 124 yaşı var

Azərbaycanda ən yaşlı qadın seçici 94 saylı Bərdə Seçki Dairəsinin 30 saylı məntəqəsinin seçicisi 1894-cü il təvəllüdlü Allahverdiyeva Səmərqə Gülməmməd qızıdır.

Milletcilik.az-ın məlumatına görə, bu barədə bu gün Mərkəzi Seçki Komissiyasının iclasında MSK sədri Məzahir Pənahov bildirib.

Ən yaşlı kişi seçici isə 66 saylı Biləsuvar Seçki Dairəsinin 23 saylı məntəqəsinin seçicisi, 1900-cu il təvəllüdlü Qurbanov Səftər Həsəm oğludur.