“Azərbaycan xalqı Zəngəzura qayıdacaqdır!”-Ali Baş Komandandan növbəti mesaj.

Hal-hazırda bütün dünyanın diqqəti Zəngəzur dəhlizinin açılması
məsələsinə yönəlmişdir.Belə ki,Azərbaycan,Rusiya və Ermənistan
arasında 2020-ci il 10 noyabr tarixində imzalanmış üçtərəfli Bəyanatın
9-cu bəndi və 2021-ci il 11 yanvar tarixində Moskvada imzalanmış 4
bəndlik Bəyanat Zəngəzur dəhlizinin reallaşması üçün hüquqi zəmin
yaradır.
Moskva Bəyanatında kommunikasiyanın bərpasının 1 mart tarixindən
etibarən reallaşacağı qeyd olunurdu.Ona görə də Ermənistan Baş
Nazirinin aprelin 8-də Moskvaya etdiyi səfərindən əvvəl
kommunikasiyaların açılmasının sürətləndirilməsi məqsədilə yeni
üçtərəfli sənədin imzalanacağı haqda da fərziyyələr irəli sürülürdü.
Qeyd etmək istəyirəm ki,Zəngəzur dəhlizi ideyası hələ 70-ci illərdən
xüsusi diqqət mərkəzində olub.Xalqımızın mənfur düşməni Zori Balayan
yazdığı “Ocaq”əsərində bu yolun bağlanmasını zəruri sayır,onu Turan
yolu adlandırırdı.
Bu yaxınlarda isə Ermənistan mediası qeyd etmişdir ki, 1970-1980-ci
illərdə Ulu Öndər Heydər Əliyev Siyasi Büronun üzvü olan zaman
inşasına başlanılan Mehridən keçən Naxçıvan –Bakı avtomobil yolu
türklərin “Böyük Turan “layihəsinin icrasına zəmin hazırlamaq məqsədi
daşıyırdı.Lakin Dəmirçiyanın etirazından sonra layihə icra
olunmadı.Azərbaycan məqsədinə indi çatdı.
Zəngəzur dəhlizininaçılması türk dünyasının coğrafi birləşməsidir-
Zəngəzur dəhlizinin bu baxımdan əhəmiyyətini Prezidentimiz 2009-cu il
3 oktyabr tarixində Naxçıvanda keçirilmiş Zirvə görüşündə açıqlamışdı.
Vaxtilə Zəngəzuru Azərbaycandan alıb Ermənistana birləşdirmək türk
dünyasının coğrafi parçalanması idi.Beləliklə,qədim Azərbaycan torpağı
olan Zəngəzur indi türk dünyasını birləşdirən körpü rolunu oynayacaq.

Çünki Zəngəzurdan keçən kommunikasiya,infrastruktur,nəqliyyat
layihələri bütün türk dünyasını birləşdirəcək,eyni zamanda digər
öıkələr,o cümlədən Ermənistan üçün əlavə imkanlar yaradacaq.
Bu məqamda xüsusi qürur hissi ilə qeyd etmək istərdim ki, Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev təkcə Azərbaycanın və
azərbaycanlıların deyil,bütün türk dünyasının talryini dəyişməyə nail
olmuş ümumtürk miqyaslı müdrik liderdir.Türk birliyi məhz onun
təşəbbüsləri ilə sırf proqmatik maraqlar üzərində qurulmuş ideyaya
çevrilir və Avrasiyanın mühüm hissəsini yeni logistik və iqtisadi əsaslarla
birləşməsini nəzərdə tutur.Süveyş kanalı ilə bağlı yaşananlar isə
Zəngəzur dəhlizinin dünya üçün də əhəmiyyətini bir daha qabarıq
şəkildə üzə çıxardı.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2021-ci il 31
mart tarixində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans
formatında qeyri-formal Zirvə görüşündə çıxışı zamanı bildirib
ki,”Müharibə başa çatdı,münaqişə tarixdə qaldı.Yeni imkanlar
yarandı.Onların arasında hesab edirəm ki,ən vacib imkan nəqliyyat
imkanlarıdır.Bu gün biz artıq Zəngəzur dəhlizi üzərində çox fəal
çalışırıq.”
Cənab Prezidentin də qeyd etdiyi kimi Zəngəzur dəhlizinin bölgə və
beynəlxalq yükdaşımalarda mühüm həlqə olacağı aydındır.Rəsmi Bakı
hələ müharibənin gedişində və müharibədən sonrakı ilk günlərdə və bu
gün də belə əməkdaşlıqda hər zaman maraqlı və hazır olduğunu
dəfələrlə bəyan edib.
Cənab Prezident İlham Əliyevin Zəngəzur dəhlizinin açılması ilə bağlı
çıxışında qeyd etdiyi kimi,əsas vurğu heç də regional əməkdaşlıq və
yükdaşımaları ilə bağlı rəqabət üzərində deyil.
Zəngəzur dəhlizinin yaradılması bizim milli ,tarixi və gələcək
maraqlarımıza tam cavab verir…Beləliklə Azərbaycan xalqı 101 il

bundan əvvəl bizim əlimizdən alınmış Zəngəzura qayıdacaqdır!-deyə
cənab Ali Baş Komandan bir daha bütün dünyaya bəyan etdi.
Mən isə öz növbəmdə böyük fəxarətlə vurğulamağı özümə borc
bilirəm ki,cənab Prezident Şuşanın azad olunmasında olduğu
kimi,Zəngəzur dəhlizini bərpa etməklə də ata vəsiyyətini yerinə
yetirərək Ulu Öndərin müəyyən etdiyi strateji hədəfə çatır.
Qarşıda bizi daha böyük milli-tarixi hədəflər gözləyir.Məhz bu milli
ideyalar naminə “Dəmir yumruq” ətrafında əvvəl olduğundan daha sıx
birləşməyimiz və bu birliyin uğurla davam etdirilməsi olduqca
vacibdir.Böyük əminliklə onu da qeyd etmək istəyirəm
ki,Vətənini,xalqını sevən hər bir azərbaycanlı şəhidlərimizin qanı,canı
bahasına nail olduğu bu birliyi daha da möhkəmləndirəcək və qoruyub
saxlayacaqdır.Bu,ölkədaxili siyasi opponentlərə də verilmiş ciddi
mesjdır.
Sonda məqaləmi böyük qürur hissi ilə cənab Prezidentin hələ 2018-ci
ilin fevralında YAP-ın VI qurultayında etdiyi çıxışındakı bu ifadələri ilə
bitirmək istəyirəm:Biz tarixi torpaqlarımızı da unutmamalıyıq və
unutmuruq.Bu da gələcək fəaliyyətimiz üçün istiqamət olmalıdır,necə
ki, biz bu gün də bu istiqamətdə iş görürük.Bizim tarixi torpaqlarımız
İrəvan xanlığıdır,Zəngəzur,Göyçə mahallarıdır.Bunu gənc nəsil
də,dünya da bilməlidir!

Çingiz Dadaşov, hüquqşünas,
“Demokratik İnkişafın Təşviqi “ İ B sədri