AZƏRBAYCAN ÜÇÜN YENİ STRATEJİ İMKANLAR

Martın 13-də Avropa Parlamentinin (AP) plenar sessiyasında səs çoxluğu ilə “Anti-Avropa təbliğatına strateji münasbət üzrə Avropa İttifaqı (Aİ) üzv ölkələrinə və xarici işlər və təhlükəsizlik siyasəti üzrə Aİ-nin Ali nümayəndəsinə tövsiyyələr barədə” qətnamə qəbul edildi.

AVROPANIN RUSİYA QORXUSU

Qəbul edilmiş qətnamənin müəllifi, dəfələrlə bəyanatlarında dövlətlərin, o cümlədən Azərbaycanın ərazi bütövlüyünü müdafiə etdiyini bildirmiş Avroparlamentin müdafiə və təhlükəsizlik məsələləri üzrə altkomitəsinin sədri xanım Anna Fotiqadır. Qətnamədə Avropa İttifaqı xarici siyasət xidmətinə tövsiyyə edilir ki, üçüncü tərəfin dezinformasiyası “Şərq tərəfdaşlığı ölkələrinin beynəlxalq hüquqda tanınmış sərhədləri çərçivəsində onların müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü məhv etmək məqsədini güdməkdədir”.

Sonra plenar iclasda daha bir qətnamə — “Avropa İttifaqının xüsusi nümayəndələrinin fəaliyyətinə münasibətdə Avropa Komissiyasına və Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali nümayəndəsinə tövsiyyələr barədə” — qəbul edildi. Qətnaməyə görə, dünyanın bütün regionlarındakı Avropa İttifaqı xüsusi nümayəndələri öz fəaliyyətlərinin çərçivələrini Avropa İttifaqının xarici siyasət üzrə Qlobal strategiyasına uyğun qurmalıdırlar. Qlobal strategiyada isə, göstərilir ki, Avropa İttifaqı daxilində və xaricində olan bütün dövlətlərin suverenliyi, ərazi bütövlüyü və sərhədlərin toxunmazlığı Avropa İttifaqının xarici siyasətinin təməl konsepsiyasıdır.

Beləliklə, bir günün, bir plenar iclasın çərçivəsində qəbul edilmiş iki qətnamədə Avropa Birliyi açıq mətnlə dünya dövlətlərinin və o cümlədən Azərbaycanın ərazi bütövlüyünün toxunlamaz olduğunu öz xarici siyasətinin əsas baza prinsipi elan etdi.

Avropa İttifaqı dövlətlərinin ərazi bütövlüyü prinsipinin belə ciddi-cəhdlə müdafiəsini bir daha hüquqi sənədlərlə gündəmə gətirilməsi Rusiya imperializmi qarşısında təhlükədən doğur. Avropa Birliyinin Azərbaycana münasibəti xristianpərəstlik və türkofobiyadan irəli gələrək formalaşır. Ona görə də bu qətnamələri Avropa pan-xristian siyasətinin dəyişməsi, Azərbaycana münasibətdə ədalətli mövqe tutması kimi qiymətləndirmək olmaz. Sadəcə Avropa Birliyi Rusiya təhlükəsi qarşısında dövlətlərin ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı prinsipini dəstəkləməyə məcburdur. Çünki masa üzərində Avropa Birliyinin özünün taleyidir.

Belə ki, üç gün öncə Avroparlament, sanksiyalar içərisində boğulan Rusiyanın “Şimal axını-2” qaz layihəsini inkar edən qərar verdi. Avropa siyasi analitikləri də anlayırlar ki, dünya hüququna məhəl qoymayadığına görə sanksiyalara tuş gəlmiş və iqtisadiyyatı uçuruma yuvarlanan Rusiya Avropa Birliyi daxilində və həm də Avropa Birliyinin Şərq tərəfdaşlığı ölkələrində geniş təxribat fəaliyyətini gücləndirəcəkdir. Bu qətnamələr də Rusiyanın aqressiv və təxribatçı planlarının reallaşmasına qarşı önləyici addımlar kimi qiymətləndirilməlidir.

DIĞACIQLARIN YENİ OYUNU

Bir neçə gün əvvəl ermənilərin baş dığacığı Nikol Paşinyanın sədrliyi altında  “ermənistanın” təhlükəsizlik şurasının Xankəndində qondarma “dqr” rəhbərliyinin iştirakı ilə iclas keçirildi. Rusiya imperiyasının müdafiəsi altında Azərbaycana qarşıhürən bu dığacıq sürüsünün iclasında Nikol Paşinyan yenə də bildirib ki, ATƏT-in Minsk Qrupu çərçivəsində “sülh prosesinin effektivliyi və tamlığı üçün Dağlıq Qarabağın da prosesdə iştirakı aktual olaraq qalır”.

Əvvəla, biz bu erməni dığacığının terminologiyasına fikir verək. O demir ki, “Dağlıq Qarabağın azərbaycanlı və erməni icması” danışıqlarda iştirak etməlidir. Dığacıq “Dağlıq Qarabağ” anlayışı altında erməniləri nəzərdə tutur. Yəni, “Dağlıq Qarabağ” anlayışını erməni ərazisi kimi hüquqi statusa mindirməyə çalışır. Belə ki, 1980-ci illərin sonunda və 90-cı illərin ilk iki ilində Azərbaycan diplomatiyasının uğursuzluğu ucbatından beynəlxalq leksikona “Azərbaycan-ermənistan-Dağlıq Qarabağ münaqişəsi anlayışı” daxil edildi. Nəticədə, artıq beynəlxalq siyasi leksikonda Dağlıq Qarabağ Azərbaycandan kənar bir subyekt kimi götürüldü.

Aydındır ki, o dövrdə Azərbaycanın beynəlxalq diplomatiya və geopilitika, beynəlxalq hüquq sayəsində kadrları belə, yox idi. Bu cür uğurun dadı dişində qalmış erməni siçovulu beynəlxalq leksikonda bərkimiş bu anlayışı artıq beynəlxalq hüquq müstəvisinə keçirmək xəyalına düşdü. Ona görə də biz daim ermənilərin, ermənipərəst olan və olmayan əcnəbi diplomatlarının “Dağlıq Qarabağ”, “Dağlıq Qarabağ xalqı” deyəndə Azərbaycan anlayışı kontekstindən çıxarılmış bir ərazi məvhumunu və bu ərazidə yaşayan yalnız erməniləri nəzərdə tutduqlarını görürük.

İkincisi, Dağlıq Qarabağda yaşayan erməni kolonistlərinin də münaqişə üzrə danışıqlara cəlb edilməsi — ermənilərin yeni oyunudur. Əsas məsələ, gözə kül buraxmaq, dünyaya “Dağlıq Qarabağ xalqı – elə ermənilərdir” təbliğatını aparmaq və münaqişənin həllini uzatmaqdır.

Bu cür meymunluqla ermənilər danışıqlar prosesini mövzudan yayındırmaq, vaxt udmaq niyyətindədirlər. Vaxtı uzatmaq ermənilərin nəyinə lazımdır?

  1. Ermənilər anlayırlar ki, ABŞ-Rusiya qarşıdurması dövründə Azərbaycanın kiçik hərbi əməliyyatlarla hissə-hissə, 2016-cı ilin Aprel döyüşlərində olduğu kimi strateji mövqeləri azad etmək şansı var. Ermənilər anlayırlar ki, ABŞ-Rusiya qarşıdurması dövründə Azərbaycanın “atəşkəsin pozulmasını” bəhanə gətirərək, torpaqları azad etmədən, amma düşmənin bütöv bir infrastkruktur vahidlərini hava hücumu və raket zərbələri ilə yer üzündən silmək şansı var. Bu məqamlarda Qərb və ya Rusiya, 2016-cı ilin Aprel döyüşlərində olduğu kimi qısa müddətdə tərəddüd edəcək. Çünki öz aralarında münaqişə yüksəlməkdədir. Ona görə də, ermənilər vaxt udaraq bu cür toqquşmaların qarşısını alan söz oyunuoynayırlar.
  2. Ermənilər vaxt udaraq ümid edirlər ki, bəlkə Azərbaycan daxilində xarici kəşfiyyatla əlaqəli olan qüvvələr, xalq içində sosial narazılığı artırar, Azərbaycanda siyasi sabitliyi poza bilərlər. Ermənilər də daha yeni ərazilər işğal etmək şansıqazanarlar.
  3. Ermənilər vaxt udaraq Rusiyadan və həmçinin, Qərbdən aldıqları silah-sursat hesabına işğal etdikləri torpaqlarda möhkəmlənərlər.
  4. Ermənilər vaxt udaraq tezliklə Rusiya və Qərb arasında qarşıdurmanın bitəcəyini arzulayırlar. Çünki bu qlobal qarşıdurma ya Qərbin (ilk növbədə ABŞ-ın), ya da Rusiyanın Cənubi Qafqaz üzərində tək hakimiyyətliyini bərqərar edəcək. Nə qədər qarşıdurma var, münaqişə həll edilməyəcək, ermənilər üçün Azərbaycanın yeni Aprel döyüşləri taktikası təhlükəsi qalacaq. Amma ya ABŞ, ya da Rusiya qarşıdurmadan qalib çıxsa, onda Azərbaycanı məğlubiyyət xarakterli “sülhə” məcbur etmək çətin olmayacaq. Çünki istər Moskvanın, istərsə də Qərbin əlində olan “sülh razılaşması” ermənilərin xeyirinədir. Belə ki, Qərbin Madrid prinsipləri, ya da Rusiyanın Kazan prinsipləri altyapıda faktiki Azərbaycanınamorf bir quruma, parçalanmağa meylli konfederativ dövlətə çevrilməsini nəzərdə tutur.

YENİ REALLIQDA AZƏRBAYCANIN XƏTTİ

Üç həftə öncə biz deyə bilərdik ki, Avropa Birliyi Rusiya ilə münasibətdə ikili mövqe tutur. “Şimal axını” məsələsində Avropa Birliyi hətta ABŞ-la baş-başa gəlməyə, Rusiyaya xeyir verəcək qaz layihəsini müdafiə etməyə hazır idi. İndi isə, bu fikiri deyə bilmərik. Çünki Avropa Birliyi artıq Rusiya ilə qarşıdurmanın daha bir pilləsinə yüksəldi.

Azərbaycanın rəhbərliyi bu qlobal qarşıdurmada müdrik siyasət yeridərək neytral mövqedə durur, hər iki cinahla münasibətləri normal durumdadır və əsasən də, strateji partnyor kimi İsrail və Türkiyə ilə sıx əməkdaşlıqdadır.

Qarşıdurmanın Rusiyanın və ya Qərbin qələbəsi ilə bitməsinədək Azərbaycan fasiləli “Aprel döyüşləri” taktikasını yeritməlidir.

Qarxunlu