Azərbaycan Texniki Universitetinə rektor təyin edilib

Prezident İlham Əliyev Vilayət Vəliyevin Azərbaycan Texniki Universitetinin rektoru təyin edilməsi haqqında sərəncam imzalayıb.

Millətçilik.az xəbər verir ki, sərəncamla Vilayət Məmməd oğlu Vəliyev Azərbaycan Texniki Universitetinin rektoru təyin edilib.

Qeyd edək ki, V.Vəliyev 1960-cı ilin martın 28–də anadan olub. O, bu təyinata qədər İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun direktoru vəzifəsində çalışıb.

V.Vəliyev 112 elmi əsərin, o cümlədən 40-dan artıq xaricdə çap olunmuş əsərin, həmçinin 1 monoqrafiya və 1 dərsliyin müəllifidir. Onun elmi rəhbərliyi ilə 12 elmlər namizədi (fəlsəfə doktoru) hazırlanıb.

Rus və ingilis dillərini bilir.

Ailəlidir, iki övladı var.