Azərbaycan-Rusiya sərhədini gün ərzində 300-400 minik avtomobili keçir

Gün ərzində Azərbaycanın Rusiya ilə dövlət sərhədində yerləşən Dövlət Gömrük Komitəsinin Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postunun idxal və ixrac xəttindən 300-400 minik avtomobil keçir.

Millətçilik.az-ın məlumatına görə, bunu “Samur” gömrük postunun baş inspektoru Nicat Muxtarlı jurnalistlərə açıqlamasında bildirib.

Bundan başqa, onun sözlərinə görə, gün ərzində adıçəkilən xətlərdən keçən yük avtomobillərinin sayı isə 120-130-dur.

“İdxal və ixrac xətlərinin hər birində eyni vaxtda 3 yük avtomobilini yoxlamaq mümkündür. Bir yük avtomobilinin yoxlanılması 15-20 dəqiqə, bir minik avtomobilinin yoxlanılması isə 5 dəqiqə çəkir. Gömrük postunda bütün proseslər informasiya-kommunikasiya texnologiyalarının tam tətbiqi ilə minimum vaxt ərzində, asan və şəffaf şəkildə həyata keçirilir”, – deyə N.Muxtarlı qeyd edib.