Azərbaycan Milli Demokrat Partiyasının İnformasiya Bölümünün MƏLUMATI

28 fevral tarixində Azərbaycan Milli Demokrat Partiyasının sədri Tufan Kərimin
Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə
əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevlə görüşü keçirilib.
Görüşün təşəbbüsçüsü olan Ədalət Vəliyevlə görüş zamanı siyasi partiyalarla
dialoqun müsbət aspektləri üzrə mövzular ətrafında fikir mübadiləsi aparılıb.
Tərəflər Azərbaycan cəmiyyətində demokratik mühitin formalaşması və milli
birliyə yönəlik bu çeşiddən olan dialoqun davam etdirilməsi istiqamətində fikir
həmrəyliyi nümayiş etdiriblər. Qarşılıqlı anlaşma mühitində davam edən dialoqda
yaxın günlər ərzində müzakirə edilmiş mövzular üzrə Azərbaycan Milli Demokrat
Partiyası tərəfindən təkliflərin təqdim edilməsi qərara alınıb.
02 mart 2020-ci il mdp_inform@yahoo.com.tr