Azərbaycan Milli Demokrat (Bozqurd) Partiyasının İnformasiya Bölümünün İcmalı

Mayın 14-də Azərbaycan Milli Demokrat (Bozqurd) Partiyası (AzMDEP) Siyasi Şurası videoformatda növbəti iclasını keçirmişdir.

İclasda regionda və dünyada cərəyan edən proseslər müzakirə edildi. AzMDEP, yaxın günlərdə Azərbaycan Ordusunun 10 minlik qruplaşmasının və yüzlərlə müxtəlif tipli texnikanın, silah sistemlərinin iştirakı ilə növbəti irimiqyaslı keçiriləcək təlimlərini təqdir edir. AzMDEP,  Azərbaycan Müdafiə Nazirliyinin bu dəfə də işğal edilmiş ərazilərdə müdafiədə oturmuş düşməni vurub çıxarmaq ssenarisi üzərində qurulmuş qarşıdakı təlimlərini torpaqlarımızın azad edilməsi, siyasi müstəvidə Azərbaycanın haqlı mövqeyinin bir daha da təsbit olunması üçün mühüm siyasi-hərbi tədbir kimi dəyərləndirir.

 

14 may 2020-ci il                     mdp_inform@yahoo.com.tr