Azərbaycan Milli Demokrat (Bozqurd) Partiyasının İnformasiya Bölümünün İcmalı

Martın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkənin bir sıra müxalifət partiyalarının liderlərini və ictimai-siyasi xadimləri Novruz bayramı münasibəti ilə təbrik edib. Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev telefon bağlantısı zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təbriklərini Azərbaycan Milli Demokrat Partiyasının (AzMDEP) sədri Tufan Kərimə çatdırmışdır.

AzMDEP sədri Tufan Kərim təbrikə görə öz təşəkkürünü bildirərək, öz növbəsində şəxsən öz adından və partiya üzvləri adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ən xoş arzularını çatdırmış, Millətimizin və Dövlətimizin mənafeləri uğrunda Dövlət Başçısının yürütdüyü siyasətinin, sədri olduğu partiya tərəfindən dəstəkləndiyini bildirmişdir.

23 mart 2020-ci il                     mdp_inform@yahoo.com.tr