Azərbaycan Milli Demokrat (Bozqurd) Partiyasının İnformasiya Bölümünün İcmalı

Martın 12-də Azərbaycan Milli Demokrat (Bozqurd) Partiyası (AzMDEP) Siyasi Şurasının növbəti iclası keçirilmişdir.

İclasda regionda və dünyada cərəyan edən proseslər müzakirə edildi. AzMDEP bildirir ki, Prezident İlham Əliyevin martın 10-da altıncı çağırış Milli Məclisin ilk iclasındakı çıxışında səsləndirdiyi fikirlər təqdirəlayiqdir. AzMDEP bildirir ki, ölkə başçısının milli birlik, ölkədə inkişafın əsası və torpaqlarımızın düşməndən azad edilməsi üçün sabitliyin təmini və siyasi qüvvələr arasında dialoq, gerçəkləşdirilən kadr və sistem islahatları barədə səsləndirdiyi fikirlər bütünlüklə Azərbaycan Dövlətinin çağdaş durumda Milli mənafelərinə cavab verir. Eyni zamanda AzMDEP, bir daha vurğulayır ki, partiya Prezident İlham Əliyevin gerçəkləşdirdiyi islahatları dəstəkləyir və Azərbaycandakı bütün vətənpərvər qüvvələri aparılan islahatları dəstəkləməyə çağırır. 

 

12 mart 2020-ci il                     mdp_inform@yahoo.com.tr