Azərbaycan Milli Demokrat (Bozqurd) Partiyasının İnformasiya Bölümünün İcmalı

Fevralın 20-də Azərbaycan Milli Demokrat (Bozqurd) Partiyası (AzMDEP) Siyasi Şurasının növbəti iclası keçirilmişdir.

İclasda regionda və dünyada cərəyan edən proseslər müzakirə edildi. AzMDEP bildirir ki, fevralın 15-də Münhen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilmiş Azərbaycanın işğal olunmuş torpaqları mövzusu üzrə panel müzakirələr Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərgilədiyi prinsipial mövqe və yüksək peşəkarlığı işğalçı tərəfə ciddi diplomatik və informasiya zərbəsi kimi dəyərləndirir. AzMDEP bildirir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev faktiki Azərbaycan diplomatiyası tarixində indiyədək analoqu olmayan yeni bir səhifə açmışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şəxsi iştirakı ilə gerçəkləşmiş düşmən üzərində diplomatik, siyasi və ideoloji qələbə Azərbaycana döyüş meydanında torpaqlarını azad etmək üçün böyük zəmin yaratmışdır. 

20 fevral 2020-ci il                     mdp_inform@yahoo.com.tr