Azərbaycan Milli Demokrat (Bozqurd) Partiyasının İnformasiya Bölümünün İcmalı

Yanvarın 23-də Azərbaycan Milli Demokrat (Bozqurd) Partiyası (AzMDEP) Siyasi Şurasının növbəti iclası keçirilmişdir.

İclasda regionda və dünyada cərəyan edən proseslər müzakirə edildi. AzMDEP, yanvarın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Davos Dünya İqtisadi Forumu çərçivəsində “Strateji baxış: Avrasiya” mövzusunda keçirilən panel iclasında nümayiş etdirdiyi mövqeyi təqdirəlayiq və milli maraqlarımız baxımından böyük önəmə malik olduğunu bildirir. Prezident İlham Əliyev beynəlxalq forumda Azərbaycanın dünya çağırışlarına açıq olan və eyni zamanda öz milli maraqlarını fəal müdafiə edən, regionun iqtisadi və mədəni cəhətdən öncül dövləti olduğunu vurğulamışdır.

23 yanvar 2020-ci il                     mdp_inform@yahoo.com.tr