Azərbaycan Milli Demokrat (Bozqurd) Partiyasının İnformasiya Bölümünün İcmalı

Yanvarın 16-da Azərbaycan Milli Demokrat (Bozqurd) Partiyası (AzMDEP) Siyasi Şurasının növbəti iclası keçirilmişdir.

İclasda regionda və dünyada cərəyan edən proseslər müzakirə edildi. AzMDEP, Bakıda SSRİ rəhbərliyi tərəfindən 1990-cı il 20 Yanvar qırğınının törədilməsinin 30 illiyi ilə əlaqədar Azərbaycanın istiqlaliyyəti və ərazi bütövlüyü uğrunda həyatlarını qurban vermiş şəhidlərimizin əzizlərinə dərin hüznlə başsağlığı verir. AzMDEP bildirir ki, 20 Yanvar qırğını bir daha Rusiyanın və Qərbin Azərbaycan xalqına qarşı nifrətini, ermənipərəstliyini, dini və irqi zəmində düşmən mövqeyini nümayiş etdirmişdir.

         AzMDEP bildirir ki, 20 Yanvar qırğını Azərbaycan xalqının öz azadlığı, müstəqillliyi və əzəli torpaqları uğrunda apardığı müqəddəs və şanlı mübarizə salnaməsinin şərəf və qərəmanlıqla dolu səhifəsi kimi tarixdə qalacaq.

16 yanvar 2020-ci il                     mdp_inform@yahoo.com.tr