Azərbaycan Milli Demokrat (Bozqurd) Partiyasının İnformasiya Bölümünün İcmalı

Dekabrın 26-da Azərbaycan Milli Demokrat (Bozqurd) Partiyası (AzMDEP) Siyasi Şurasının növbəti iclası keçirilmişdir.

İclasda regionda və dünyada cərəyan edən proseslər müzakirə edildi. AzMDEP, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı islahatları Dövlətimiz və Millətimiz üçün yeni inkişaf və tərəqqi yolu kimi dəyərləndirir. AzMDEP, Azərbaycan xalqını, millətçi kəsimi Milli inkişafımızda yeni səhifə açan Prezidentimizin islahatlarını dəstəkləməyə çağırır.

AzMDEP, qarşıda gələn 2020-ci il və Dünya Azərbaycanlılarının həmrəylik günü münasibətilə xalqımızı təbrik edir, qarşıda gələn ildə Milli Birliyimizə və Milli Ordumuzun qüdrətinə əsaslanaraq torpaqlarımızın işğalçılardan təmizlənəcəyinə inamını bildirir.

26 dekabr 2019-cu il