Azərbaycan Milli Demokrat (Bozqurd) Partiyasının İnformasiya Bölümünün İcmalı

Noyabrın 14-də Azərbaycan Milli Demokrat (Bozqurd) Partiyası (AzMDEP) Siyasi Şurasının növbəti iclası keçirilmişdir.

                İclasda regionda və dünyada cərəyan edən proseslər müzakirə edildi. AzMDEP, Bakıda işə başlamış  Dünya dini liderlərinin II Sammitinin açılışında  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışını yüksək dəyərləndirir. AzMDEP, bu möhtəşəm tədbirdə Azərbaycan Dövlət başçısının ölkənin nailiyyətləri və eyni zamanda Qarabağ həqiqətlərini dünya dini liderlərinin diqqətinə çatdırmasını Azərbaycanın tolerant, müasir bir dövlət kimi tanıdılması və işğala məruz qalmış Millətimizin haqq səsinin eşidilməsi üçün təqdirəlayiq bir addım olduğunu vurğulayır.

14 noyabr 2019-cu il                     mdp_inform@yahoo.com.tr