Azərbaycan Milli Demokrat (Bozqurd) Partiyasının İnformasiya Bölümünün İcmalı

Noyabrın 7-də Azərbaycan Milli Demokrat (Bozqurd) Partiyası (AzMDEP) Siyasi Şurasının növbəti iclası keçirilmişdir.

                İclasda regionda və dünyada cərəyan edən proseslər müzakirə edildi. AzMDEP, Bakıda başa çatmış Azərbaycan-Türkiyə 12-ci Yüksək Səviyyəli Hərbi Dialoqun işini yüksək dəyərləndirib. AzMDEP, iki qardaş dövlətin hərbi strukturları arasında əməkdaşlığın artmasını bölgədə gedən proseslər fonunda yeganə və düzgün addım olmasını vurğulayır. AzMDEP bildirir ki, bu yöndə əməkdaşlıq bölgədə Türk faktorunun güclənməsi və anti-türk qüvvələr tərəfindən gerçəkləşdirilən məkrli projelərə adekvat cavabdır.

07 noyabr 2019-cu il                     mdp_inform@yahoo.com.tr