Azərbaycan Milli Demokrat (Bozqurd) Partiyasının İnformasiya Bölümünün İcmalı

Oktyabrın 17-də Azərbaycan Milli Demokrat (Bozqurd) Partiyası (AzMDEP) Siyasi Şurasının növbəti iclası keçirilmişdir.

                İclasda regionda və dünyada cərəyan edən proseslər müzakirə edildi. AzMDEP, oktyabrın 15-də Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) VII Zirvə Görüşü türk xalqlarının tarixində Turan Birliyinə doğru atılmış mühüm addımlardan biri kimi dəyərləndirir.  AzMDEP, XXI əsrdə türk xalqlarının siyasi, mədəni, iqtisadi və hərbi əməkdaşlığı üçün yeni üfüqlərin açıldığını və TDƏŞ-in VII Zirvə Görüşünün dünyanın çağırışlarına vaxtı çatmış cavab hesab edir. AzMDEP bildirir ki, Türk Birliyinə doğru irəliləyişi təkcə türk xalqlarının məntiqi inkişafının tələbləri ilə yanaşı, türk xalqlarına qarşı dünyanın bəzi siyasi dairələrinin ədalətsiz və irqçi münasibəti də şərtləndirir. Bu baxımdan, TDƏŞ-in Bakıda keçirilmiş VII Zirvə Görüşü türk xalqlarının tarixində mühüm əlamətdar bir yer tutacaqdır.