Azərbaycan Milli Demokrat (Bozqurd) Partiyasının İnformasiya Bölümünün İcmalı

Oktyabrın 10-da Azərbaycan Milli Demokrat (Bozqurd) Partiyası (AzMDEP) Siyasi Şurasının növbəti iclası keçirilmişdir.

                İclasda regionda və dünyada cərəyan edən proseslər müzakirə edildi. AzMDEP, Türkiyə Silahlı Qüvvələrinin qoşun birləşmələrinin Suriyada Fərat çayının şərqində apardığı “Sülh çeşməsi” (Barış Pınarı) antiterror əməliyyatını qardaş dövlətin öz təhlükəsizliyinin təmini istiqamətində  atdığı məcburi addım kimi dəyərləndirir. AzMDEP, ABŞ, Avropa Birliyinin və bəzi dövlətlərin Türkiyənin “Sülh çeşməsi” antiterror əməliyyatına qarşı mövqelərini anti-türkizmin bariz nümunəsi kimi qiymətləndirir. AzMDEP bildirir ki, “Sülh çeşməsi” antiterror əməliyyatına qarşı bəzi dövlətlərin mövqeyi anti-türk terrorizminin kimlər tərəfindən dəstəkləndiyini əyani olaraq nümayiş etdirməkdədir.

10 oktyabr 2019-cu il