Azərbaycan Milli Demokrat (Bozqurd) Partiyasının İnformasiya Bölümünün İcmalı

Sentyabrın 19-da Azərbaycan Milli Demokrat (Bozqurd) Partiyası (AzMDEP) Siyasi Şurasının növbəti iclası keçirilmişdir.

                İclasda regionda və dünyada cərəyan edən proseslər müzakirə edildi. AzMDEP, sentyabrın 16-da ABŞ Dövlət Departamentində keçirilmiş Qarabağ müzakirələrini Azərbaycan Dövlətinin ərazi bütövlüyünə qarşı açıq-aşkar siyasi qəsd kimi dəyərləndirir. AzMDEP bildirir ki, ABŞ siyasi dairələrinin anti-Azərbaycan və ermənipərəst mövqeyinin bu qədər açıq nümayişinə rəsmi Bakı torpaqlarımızın daha bir qisminin tez bir zamanda azad edilməsi ilə cavab verməlidir.

19 sentyabr 2019-cu il                     mdp_inform@yahoo.com.tr