Azərbaycan Milli Demokrat (Bozqurd) Partiyasının İnformasiya Bölümünün İcmalı

Avqustun 29-da Azərbaycan Milli Demokrat (Bozqurd) Partiyası (AzMDEP) Siyasi Şurasının növbəti iclası keçirilmişdir.

                İclasda regionda və dünyada cərəyan edən proseslər müzakirə edildi. AzMDEP,Azərbaycana gələn Türkiyə və Gürcüstan Silahlı Qüvvələrinin şəxsi heyətinin iştirakı iləsentyabrın 2-dən ölkəmizdə “Eternity-2019” kompüter dəstəkli komanda-qərargah təlimlərinin keçirilməsini təqdir edir. AzMDEP regional təhlükəsizliyin təmini və möhkəmləndirilməsi üçün üç regional dövlətin hərbi əməkdaşlığının Azərbaycanın milli maraqları üçün önəmini xüsusi olaraq vurğulayır.

29 avqust 2019-cu il                     mdp_inform@yahoo.com.tr