Azərbaycan Milli Demokrat (Bozqurd) Partiyasının İnformasiya Bölümünün İcmalı

İyulun 11-də Azərbaycan Milli Demokrat (Bozqurd) Partiyası (AzMDEP) Siyasi Şurasının növbəti iclası keçirilmişdir.

                İclasda regionda və dünyada cərəyan edən proseslər müzakirə edildi. AzMDEP,

Rusiya Federasiyası Müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimovun və ABŞ hərbi hava qüvvələrinin generalı, NATO Müttəfiq Qüvvələrinin Avropadakı Baş komandanı Tod Uolterslə görüşünün ölkəmizin paytaxtı Bakıda keçirilməsini Azərbaycan diplomatiyasının böyük uğuru kimi dəyərləndirmişdir.

AzMDEP, mötəbər bir görüşün Azərbaycan paytaxtında keçirilməsini respublika rəhbərliyinin və xüsusilə, Dövlət Başçısı cənab Prezident İlham Əliyevin apardığı uğurlu xarici siyasətin məntiqi nəticəsi kimi qiymətləndirir. Belə ki, məhz aparılan bu uğurlu siyasət Azərbaycanın həm coğrafi mənada, həm siyasi anlamda geopolitik üstünlüyə və qlobal imicə sahiblənməsini bariz nümayiş etdirir.

11 iyul 2019-cu il                     mdp_inform@yahoo.com.tr