Azərbaycan Milli Demokrat (Bozqurd) Partiyasının İnformasiya Bölümünün İcmalı

Mayın 30-da Azərbaycan Milli Demokrat (Bozqurd) Partiyası (AzMDEP) Siyasi Şurasının növbəti iclası keçirilmişdir.

                İclasda regionda və dünyada cərəyan edən proseslər müzakirə edildi. AzMDEP, şəhid olmuş Azərbaycan Ordusunun hərbi qulluqçusu Aqil Omarovun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir. AzMDEP bildirir ki, baş vermiş qanlı cinayət bir daha göstərdi ki, erməni işğalçıları ilə danışıqlar aparılmasının mənası yoxdur. Torpaqlarımızın azad edilməsi yalnız Azərbaycan Ordusunun düşmən üzərində qələbəsi ilə gerçəkləşə bilər.

30 may 2019-cu il                     mdp_inform@yahoo.com.tr