Azərbaycan Milli Demokrat (Bozqurd) Partiyasının İnformasiya Bölümünün İcmalı

Mayın 9-da Azərbaycan Milli Demokrat (Bozqurd) Partiyası (AzMDEP)
Siyasi Şurasının növbəti iclası keçirilmişdir.
İclasda regionda və dünyada cərəyan edən proseslər müzakirə edildi.
AzMDEP, İran İslam Respublikasına qarşı iqtisadi sanksiyaların və hərbi
təhdidlərin kəskinləşməsi fonunda Azərbaycan Respublikası üçün risklərin
artdığını bildirir. AzMDEP, mümkün müharibə senarisində Azərbaycanın
təhlükəsizlik strategiyasının təcili hazırlanmasına ciddi ehtiyacın yarandığını
bildirir.