Azərbaycan Milli Demokrat (Bozqurd) Partiyasının İnformasiya Bölümünün İcmalı

Martın 15-də Azərbaycan Milli Demokrat (Bozqurd) Partiyası (AzMDEP) Siyasi Şurasının növbəti iclası keçirilmişdir.

                İclasda regionda və dünyada cərəyan edən proseslər müzakirə edildi. AzMDEP, Novruz Bayramı münasibətilə Azərbaycan xalqına və Türk Dünyasına ünvanlı təbrikini bildirmişdir. Təbrikdə partiya Allahdan qarşıdakı illərdə Azərbaycan xalqına və Türk Dünyasına rifah arzulamış, xalqımızın və Türk Dünyasının birliyinə və inkişafına olan əminliyini bildirmişdir. AzMDEP xüsusi olaraq Azərbaycan ərazilərinin, həmçinin, bəlli Türk ellərinin yadelli işğalçılardan azad olacağına və Türkün düşmənlərinin tezliklə layiqli cavablarını alacaqlarına inamını açıqlamışdır.

15 mart 2018-ci il                     mdp_inform@yahoo.com.tr