Azərbaycan Milli Demokrat (Bozqurd) Partiyasının İnformasiya Bölümünün İcmalı

Mayın 2-də Azərbaycan Milli Demokrat (Bozqurd) Partiyası (AzMDEP) Siyasi Şurasının növbəti iclası keçirilmişdir.

                İclasda regionda və dünyada cərəyan edən proseslər müzakirə edildi. AzMDEP, “Mustafa Kamal Atatürk-2019” Azərbaycan-Türkiyə döyüş atışlı birgə taktiki təlimlərinin keçirilməsini təqdir edir. Partiya bildirir ki, qlobal və regional qüvvələr düzümünün sürətli dəyişilmələri fonunda Azərbaycan və Türkiyənin hərbi əməkdaşlığının gücləndirilməsi zamanın çağırışlarına yeganə düzgün cavabdır.