Azərbaycan Milli Demokrat (Bozqurd) Partiyasının İnformasiya Bölümünün İcmalı

Aprelin 11-də Azərbaycan Milli Demokrat (Bozqurd) Partiyası (AzMDEP) Siyasi Şurasının növbəti iclası keçirilmişdir.

                İclasda regionda və dünyada cərəyan edən proseslər müzakirə edildi. AzMDEP bildirir ki, “ermənistan” adlı qondarma qurum başçılarının son zamanlarda Vətənimizə qarşı təhdidlərinə döyüş meydanlarında tutarlı cavab verilməlidir. Rusiya və Türkiyə arasında strateji əməkdaşlığın yüksəlməsi quduzlaşmış erməni işğalçılarına növbəti zərbənin vurulması üçün əlverişli geopolitik şərait yaradır. AzMDEP, formalaşan əlverişli geopolitik durumdan istifadəni yeni strateji yüksəkliklərin düşməndən azad edilməsi üçün ən yaxşı şans hesab edir.

11 aprel 2019-cu il                     mdp_inform@yahoo.com.tr