Azərbaycan Milli Demokrat (Bozqurd) Partiyasının İnformasiya Bölümünün İcmalı

Aprelin 4-də Azərbaycan Milli Demokrat (Bozqurd) Partiyası (AzMDEP) Siyasi Şurasının növbəti iclası keçirilmişdir.

İclasda regionda və dünyada cərəyan edən proseslər müzakirə edildi. AzMDEP, 2016-cı il Aprel döyüşlərində müqəddəs Azərbaycantorpaqlarını erməni işğalçılarından azad edərkən qəhrəmancasına şəhid olmuş əsgərlərimizin ruhunu dərin ehtiramla yad etdiyini bildirir. AzMDEP, Aprel döyüşlərinin Azərbaycan Ordusunun gücünü və əzmini nümayiş etdirdiyini vurğulayır. AzMDEP bir daha qeyd edir ki, dövlət rəhbərliyinin, xüsusilə də Azərbaycan  Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu müdrik siyasət nəticəsində güclənməkdə olan Ordumuz gec-tez torpaqlarımızı yağı düşməndən azad edə biləcək və Millətimizin qisasını alacaq yeganə qüvvədir.

04 aprel 2019-cu il                     mdp_inform@yahoo.com.tr

ОтветитьПереслать