Azərbaycan Milli Demokrat (Bozqurd) Partiyasının İnformasiya Bölümünün İcmalı

Fevralın 7-də Azərbaycan Milli Demokrat (Bozqurd) Partiyası (AzMDEP) Siyasi Şurasının növbəti iclası keçirilmişdir.

                İclasda regionda və dünyada cərəyan edən proseslər müzakirə edildi. AzMDEP, Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçularının Türkiyənin hərbi poliqonlarında təlim keçməsini təqdir edir. AzMDEP, Azərbaycan və Türkiyə hərbi əməkdaşlığını istər dövlətimizin güclənməsi, istərsə də Türk Dövlətləri arasında hərbi əməkdaşlığın dərinləşməsi baxımından ölçüyəgəlməz strateji önəmini vurğulayır.